Əməkdar artist Elza Seyidcahan Vüqar Əbdülova irad bildirib.
AZXEBER.COM xəbər verir ki, buna səbəb, meyxanaçının qatıldığı verilişdə Brilliant Dadaşovanın ifasını tənqid etməsi olub.
Əbdülov çıxışında Brilliant Dadaşovanın ifa etdiyi "Gülnarə" mahnısını ona yaraşdırmadığını deyib.
"Sevilən səhər" verilişində qonaq olan Əməkdara artist Elza Seyidcahan Vüqarın iradlarına cavab verib:
"Brilliant nə oxuyursa, əcəb edir oxuyur. Ona hər şey yaraşır. Vüqar bunu Brilliantı çox istədiyindən deyirdisə, zəng edib şəxsən özünə deyərdi. Efirdən məsləhət verib, özünü ağıllı göstərməyə ehtiyac yox idi".
Qeyd edək ki, E.Seyidcahan şeirlərini tənqid edən Vüqarı polisə şikayət etmişdi.
Aysel










































