"GÜVƏN” Xeyriyyə və Dostluq Cəmiyyətinin sədri Nigar Bayramlı son 6 ayda qurum tərəfindən görülən işlərlə bağlı hesabat açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, N.Bayramlı qeyd edib ki, cəmiyyət tərəfindən görülən işlər, icra olunan layihələrlə bağlı ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır:
"Danılmaz bir fakt var və mən hər zaman bunu qeyd edirəm: "Elədiyimiz” dediyimiz hər bir yardımı Sizlərə borcluyuq! Biz Sizlərsiz 13 ildə bu qədər uğura nail ola bilməzdik. Ölkəmizin ən çətin günlərində belə həmrəy olduğunuz, sizin olanı başqası ilə bölüşdüyünüz üçün, çox sağ olun”.
Editor.az "GÜVƏN” Xeyriyyə və Dostluq Cəmiyyətinin hesabatını təqdim edir:
✅ Oktyabr ayı 2021-ci il – 3 uşaq üçün Əlil arabası yardım olunmuşdur. Evdən işləmələri üçün dəstək olaraq, 2 xüsusi qayğıya ehtiyacı olan gənc üçün komputer yardımı olunmuşdur. 7 rayonda 200 aztəminatlı ailə üçün qida yardımı və 8 rayon üçün geyim yardımı çatdırılmışdır.
✅ Noyabr ayı 2021-ci il – Tənha ana üçün heyvandarlıqla məşğul olmaq üçün ilkin investisiya olaraq maddi yardım olunmuşdur. İki xüsusi qayğıya ehtiyacı olan uşaq üçün maddi yardım toplanmışdır və ay sonuna müsbət nəticə almışdıq. Hal-hazırda ikisinində səhəti müsbətdir. Ucqar kəndlərdə yaşayan 3 ehtiyacı olan ailənin evinə mebel və ev əşyaları yardım edilmişdir.
✅ Dekabr ayı 2021-ci il – Füzuli rayon Qayıdış qəsəbəsində məktəblərə istilik sobaların yardımı. 16 rayonda 360 aztəminatlı ailələrə ərzaq yardımı, 457 xüsusi qayğıya ehtiyacı olan, ŞƏHİD, qazi, aztəminatlı ailələrdən olan uşaqlara yeni il hədiyyəsi çatdırılıb və 6 rayonda yeni il şənliyi təşkil olunmuşdur.
✅ Yanvar ayı 2022-ci il – Füzuli rayon Qayıdış qəsəbəsində məktəbdə sinif təmiri. 5 rayonda 250 ailə üçün yeni geyimlərin çatdırılması. Bakı şəhərində 10 ailə üçün qurban və qida yardımı.
✅ Fevral ayı 2022-ci il – 6 rayonda 200 ailə üçün ərzaq yardımı olunmuşdur. Xüsusi qayğıya ehtiyacı və sığınacaqdan olan uşaqlar üçün şəhər gəzintisinin təşkil edilmişdir. İki uşaq üçün əlil arabasının çatdırılması.
✅ Mart ayı 2022-ci il – 12 bölgəyə səfər edərək 300-ən çox uşağa Novruz şirniyyatı və oyuncaq olaraq hədiyyələri çatırılmışdır. 230 aztəminatlı ailəyə qida yardımı çatdırılmışdır. Əsəd üçün əlil arabası təhvil verilmişdir. 11 ədəd iki mərtəbəli çərpayı yardım məqsədi ilə qərb bölgəsində aztəminatlı ailələrə çatdırılıb (cəmi ikisi ucqar kəndə hədiyyə olunub). 3 rayonda yalnız uşaq və gənclər üçün geyim yardımı çatdırılmışdır.
✅ Yuxarıda qeyd etdiyimiz hesabatdan əlavə olaraq, hər ay 11 ailənin kirayə ödənişi, və 20 uşağın təhsil almaq üçün aylıq xərcləri qarşılanır.