Gövhər Həsənzadə: 'Etiraf edim ki, bizimkiləri orada çox az tanıyırlar' - MÜSAHİBƏ

MAQAZİN
13:26 08.03.2012
3754

“Arxı tullanmadan hop demə”

“Mən qardaş ölkədə öz işimi genişləndirməyə çalışıram”

“75 milyon insan üçün bizim müğənnilərin albomu yüz min buraxılmalıdır ki, insanlar maraqlansınlar”

“Qızım Nilgün anadan olandan mən ad günü qeyd etmirəm”

“O mənə heç bir hədiyyə təqdim etmədi”

AZXEBER.COM tanınmış bəstəkar Gövhər Həsənzadənin portalımıza verdiyi müsahibəni təqdim edir...

“Arxı tullanmadan hop demə”

- Gövhər xanım, ilk növbədə bayramınızı təbrik edir və bol-bol uğurlar arzu edirik. Çox sağ olun. Təşəkkür edirəm. - İlk olaraq 8 martla bağlı qadınlara nə arzu edərdiniz? Mənim qadınlara arzum odur ki, həmişə sevsinlər və heç vaxt onların sevgisi cavabsız qalmasın. Bu arzumun içərisində övlad sevgisi də var, qohum sevgisi də. Arzu edirəm ki, heç bir xanım özünü tənha, tək hiss etməsin. Sevgi dolu günlər arzulayıram. - Bizdə olan məlumata görə, siz Azərbaycanı tərk edib, Türkiyəyə köçməyi planlaşdırırsınız. Bu doğrudurmu? Xeyr, tərk etmirəm. Sadəcə, istəyirəm ki, övladım orada təhsil alsın. Həm də mənim Türkiyədə bir sıra işlərim də var. Bununla əlaqədar olaraq tez-tez qardaş ölkəyə səyahət edirəm. Paralel olaraq orada da özümə iş qurmağa çalışıram. Bizdə bir məsəl var: “Arxı tullanmadan hop demə”. Ona görə də çalışıram ki, oradakı işlərim qaydasına düşsün. - Gövhər xanım, aldığımız bir digər məlumata görə sizə İstanbulda studiya hədiyyə olunub. Hədiyyə deməzdim...(gülür). Düzünü desəm, mən burada studiya açmaq üçün çox çalışdım. Ancaq yer haqlarının baha olması məni Türkiyəyə üz tutmağa vadar etdi. Orada bir şərikim var və biz bu işi birlikdə görməyə çalışırıq. Hədiyyəyə gəldikdə isə, hazırda kim kimə bu cür hədiyyə verər? - Bu studiya sizin adınızadır, yoxsa...? Sənədləşmə işləri hələ ki davam edir.Bir müddət sonra bu haqda məlumat daha konkretləşəcək. Çalışacam ki, bu studiya mənim şəxsi adıma olsun. Etiraf edim ki, bu hüquqi işlər çox çətindir və biz bu məsələnin teziklə həlli üçün işlər görürük.

“Mən qardaş ölkədə öz işimi genişləndirməyə çalışıram” - Gövhər xanım, azərbaycanlı müğənnilərlə necə, iş birliyiniz davam edirmi? Təbii ki, davam edir. 3 ay içərisində mənim 5 mahnım işıq üzü gördü. Uğurlu mahnılarımdan Aygünlə Gökhanın oxuduğu “Bu gecə” və yenə Aygünün ifasında səslənən “Nankor” mahnıları oldu. Natavan mənim mahnıma klip çəkdirdi və eyni zamanda Xatirə öz konsertində mənim mahnımı ifa etdi. Gördüyünüz kimi, mahnılarımı yazıram və çalışıram ki, bu mahnılar daha çox yadda qalan olsun. - Bəs Türkiyəli müğənnilərlə işbirliyiniz varmı? Türkiyə şou-biznesi ilə də yaxından maraqlanıram. Hətta bu gün İpek adlı bir müğənninin prodüseri mənə zəng edib “Sorma” adlı mahnımı istədi. Bildiyiniz kimi, bu mahnını Zerrin Özer də ifa edib. Deməyim odur ki, hazırda mən qardaş ölkədə öz işimi genişləndirməyə çalışıram. Mənim bundan öncə Bengü ilə əməkdaşlığım olub. O da uğurlu bir iş idi. Bu yaxınlarda Türkiyədə Barbaros adlı müğənni mənim Faiqə yazdığım “Ömür bumu” mahnısını öz albomuna salmaq qərarına gəlmişdi. - Yeni nə planlarınız var? Planlarım arasında ilk növbədə İradə İbrahimovaya albom buraxılması, Xatirə üçün albom buraxılması durur.Türkiyədən təkliflərim çoxdur. Çalışıram ki, Türkiyədə Azərbaycan mahnılarına təlabat artsın. Şükür Allaha ki, bu var, ancaq inkişaf etdirmək lazımdır.

“75 milyon insan üçün bizim müğənnilərin albomu yüz min buraxılmalıdır ki, insanlar maraqlansınlar” - Gövhər xanım, maraqlıdır, görəsən, Türkiyədə bizim müğənniləri tanıyanlar varmı? Səmimi etiraf edim ki, bizimkiləri orada çox az tanıyırlar. 75 milyon insan üçün bizim müğənnilərin albomu yüz min buraxılmalıdır ki, insanlar maraqlansınlar. Mən özümü də deyə bilmərəm ki, onlar məni tanıyır. Türkiyədə Müslüm Gürsəs, Səlami Şahin kimi yüksək mərtəbədə özlərinə yer etmiş müğənnilərlə layihələrim olsa da, hələ ki onların şou-biznesində deyiləm. Onların şou-biznesinə qoşulmaq üçün mütləq Türkiyədə gündəmdə olmalısan.

“Qızım Nilgün anadan olandan mən ad günü qeyd etmirəm”

- Gövhər xanım, bildiyimiz kimi, bu yaxınlarda doğum gününüzü qeyd etdiniz. AZXEBER.COM olaraq sizi təbrik edirik. Bilmək olarmı, doğum gününüzü harada və necə keçirdiniz? Təşəkkür edirəm təbrikə görə. Onu deyim ki, qızım Nilgün anadan olandan mən ad günü qeyd etmirəm. 8 ildir ki, mən öz ad günümü evdə ailəmlə birlikdə qeyd edirəm. Ona görə bu il də digərlərindən fərqlənmədi. (gülür) - Nilgün sizə bu il nə hədiyyə etdi? Qızımın bu il mənə ən böyük hədiyyəsi, yatmağa gedərkən yataq otağında “Bu gün mənim ən xoşbəxt günümdür. Çünki anam, bəstəkar Gövhər Həsənzadənin ad günüdür” deməsi idi.

“O mənə heç bir hədiyyə təqdim etmədi” - Bəs ən dəyərli hədiyyə kimdən oldu? Ən dəyərli hədiyyə bu il zinət əşyaları idi. Hamı bilir ki, mənim zinətə marağım böyükdü. Xatirə sağ olsun, bu il mənə qızıl üzük hədiyyə etdi. İş adamları dostlarım var, onlardan hədiyyələr aldım. Ən çox verilən hədiyyələr isə ətirlər idi. - Bəs gözlədiyiniz biri sizə hədiyyə verdimi? İki yaxın dostumdan gözləyirdim. Onlardan biri ümumiyyətlə heç zəng vurub təbrik də etmədi. İkincisi isə mənə zəng vurub ad günümü harada keçirməyimi soruşdu. Baxmayaraq ki, o mənim ad günü keçirmədiyimi bilirdi. Mənsə ona keçirmədiyimi söylədim və o mənə heç bir hədiyyə təqdim etmədi.(gülür) - Şəxsi həyatınızda necə, yeniliklər varmı? Şəxsi həyatımda heç bir yenilik yoxdur. Yaxşı dostların əhatəsindəyəm, ona görə məni darıxmağa qoymurlar. Bu o demək deyil ki, sevgi olmayacaq. Olacaq, ancaq işlərimə yeni başlamışam və Türkiyədəki layihəmin üzərində işləyirəm. Narahat olmayın, olsa ilk olaraq sizə açıqlama verəcəm. (gülür) - Təşəkkür edirik. Siz sağ olun.

Güləsər Qasımova

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb