25-28 fevral tarixlərində göy üzü Yeni Ay və planetlərin sərgisinə şahidlik edəcək.
AZXEBER.COM xəbər verir ki, Ay yeni ay mərhələsinə yaxınlaşdıqca, süni işıq mənbələrinin az olduğu bir mühitdə səmanın möhtəşəm mənzərəsinin şahidi ola bilərsiniz.
Bu tarixlərdə günəş batdıqdan dərhal sonra səmada yeddi planet eyni anda görünəcək.
Bununla belə, Saturn və Merkuri üfüqə çox yaxın olacağından, onların müşahidələri digər planetlərə nisbətən çətin olacaq.
Fevral ayı səma üçün nadir hadisələrin yaşandığı bir aydır. Planetlər və mühüm qarşılaşmalardan başqa ayın sonunda məşhur "Betelgeuse" supernəhəng ulduzunun yerləşdiyi Orion Bürcünü və Andromeda Qalaktikasını müşahidə edə bilərsiniz.
Aysel