Göyçayda 11-ci sinif şagirdini avtomobil vurdu

Göyçayda 11-ci sinif şagirdini avtomobil vurdu
SOSİAL
23:46 02.05.2018
8308

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat-hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, rayonun Qaraxıdır kəndində Dilqəm Səlimov idarə etdiyi "VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada 2002-ci il təvəllüdlü Mustafayeva Ramilə Aydın qızını vurub.

Qaraxıdır kənd orta məktəbinin 11-ci sinif şagirdi Ramilə Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR