Göyçayda 81 yaşlı qadın dəm qazından boğularaq ölüb

Göyçayda 81 yaşlı qadın dəm qazından boğularaq ölüb
SOSİAL
18:14 13.12.2022
147
Göyçayda iki qadın dəm qazından zəhərlənib.

Hadisə fərdi evlərin birinin hamamında baş verib.

Məlumata görə, 1958-ci il təvəllüdlü Fatma Zeynalova və qonşusu 1941-ci il təvəllüdlü Fatma Babayeva hamamda dəm qazından zəhərləniblər.

81 yaşlı Fatma Babayeva ölüb, Fatma Zeynalova isə xəstəxanaya yerləşdirilib.

Fatma Zeynalovanın qonşusu olan yaşlı qadına yuyunmaq üçün kömək etdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Hazırda müvafiq araşdırmalar davam etdirilir.
 
///Apa
OXŞAR XƏBƏRLƏR