Göyçayda ağır yol qəzası - ölənlər və yaralı var

Göyçayda ağır yol qəzası - ölənlər və yaralı var
SOSİAL
09:39 04.03.2024
143
Göyçay rayonunun Müskürlü kəndi ərazisində "Kia” markalı avtomobilin sürücüsü,1990-cı il təvəllüdlü Xəqani Bağırovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, müxtəlif bədən xəsarətləri alan sürücü, eləcə də iki sərnişini, 1991-ci il təvəllüdlü Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüb, digər bir sərnişin isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR