Göyçayda ana və qızı qazdan zəhərləniblər.
AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, hadisə Ulaşlı-Şıxlı kəndində qeydə alınıb.
35 yaşlı A.S. və onun altı yaşlı qızı Z.S. hamamda dəm qazından zəhərlənərək, xəstəxanaya yerləşdiriliblər. Burada ilkin tibbi yardımdan sonra hər ikisi evə buraxılıblar.