Göyçayda Aqşin Qafurovun işçisi rüşvəti belə alır- VİDEO

Göyçayda Aqşin Qafurovun işçisi rüşvəti belə alır-  VİDEO
SOSİAL
12:36 10.05.2016
1934
Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerlərdəki kadrlarının fəaliyyəti ilə bağlı mediada müxtəlif məlumatlar yayılır. Nazir Səlim Müslümov bu posta oturduğu ilk günlərdə korrupsiya və rüşvətlə kəskin mübarizə elanı versə də baş verənlər bu siyasətin nəticəsiz olduğunu göstərir. Bu dəfə cumhuriyyet.az olaraq Göyçay Əhalinin Sosial Müdafisi Mərkəzinin müdiri Aqşin Qafurov və onun ətrafı ilə bağlı məlumat verəcəyik.
Qeyd edək ki, Göyçay Əhalinin Dosial Müdafiəsi Mərkəzinin direktoru və onun mərkəzdəki əsas rüşvət dəstəsi ilə bağlı ötən həftə oxuculara məlumat vermişdik.
İlk öncə onu bildirək ki, A.Qafurovun adı müxtəlif qanunsuz əməllərlə bağlı hallandırılıb. Belə ki, cumhuriyyet.az-ın media üzərindən apardığı araşdırmalarda məlum oldu ki, Aqşin Qafurov sözün həqiqi mənasında regional oliqarxa çevrilib: “Əgər bu deyilənlər yalandırsa o zaman Aqşin Qafurov Göyçay rayonunda inşa etdirdiyi dəbdəbəli villanı, obyektləri, qoyunçuluq təsərrüfatını, yüz hektarlarla torpaq sahələrini hansı vəsaitlər hesabına əldə etdiyini açıqlasın. Göyçay sakinlərinin verdikləri məlumatlarda bildirilir ki, Aqşin Qafurovun rayonun Bığır kəndində iki qoyun ferması fəaliyyət göstərir və həmin təsərrüfatda 1000-ə yaxın qoyun var. Mərkəz müdirinin qoyun ferması ilə bağlı saytımıza göndərilən digər ilginc video məlumatda göstərilir ki, Aqşin Qafurov azğınlaşmış bir məmur olaraq qoyunlarını 13 yaşı olan azyaşlı bir uşağa otartdırır. Həmin uşağın Əhmədov Səbuhi Səməd oğlu olduğu və 500-ə yaxın qoyun otardığı video faktda açıq şəkildə göstərilir. Ən azından Aqşin Qafurovun 13 yaşı olan azyaşlı bir oğlanı çobanı kimi istifadə etməsi bütün çərçivələri aşır. Oxucularımıza göstərəcyimiz video faktda mərkəz müdirinin 13 yaşlı çobanı azyaşlı Səbuhi Əhmədov açıq şəkildə deyir ki, Aqşin Qafurovun qoyunlarını səhər saat 6-dan axşam saat 20.00-a kimi otarır. Digər ilgin məlumatda isə qeyd olunur ki, mərkəz müdirinin Göyçay şəhərində yerləşən 3 mərtəbəli dəbdəbəli villasının qiyməti təxminən 1 milyon manata yaxındır. Ancaq Aqşin Qafurovun villası biri ilə bitmir. Belə ki, Göyçay rayonun Potu kəndində Aqşin Qafurova məxsus daha bir villa mövcuddur.Bundan başqa mərkəz müdirinin Bakı şəhərində bir neçə evinin, Qəbələdə evinin, İsmayıllı rayonunda torpaq sahələrinin və obyektinin olduğu deyilir”.
Görünən odur ki, Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri dəyəri milyonlarlla manat olan var-dövləti əmək haqqı hesabına əldə etməyib. Çünki Azərbaycan reallığında hansısa bir məmurun və yaxud işçinin əmək haqqı ilə bu qədər var dövlət sahibi ola bilməsi yalnız xəyallarda mükündür. Belə ki, cumhuriyyet.az olaraq bu zamanadək mediada yayılan və təkzib olunmayan məlumatlardan da buna əsas verir: “Göyçay rayon sakinləri bildirirlər ki, Aqşin Qafurov yüzlərlə şəxsi qanunsuz olaraq sosial yardım siyahısına salıb. İndidə həmin şəxslərin yenidən siyahıya salınması üçün çalışır və demək olar ki, istəyinin bir hissəsinə çox asanlıqla çatıb. Çünki öz admlarının sənədlərini ustalıqla saxtalaşıdran mərkəz müdiri onların nazirliyin komputer sistemindən asanlıqla keçməsinə şərait yaradır və Aqşin Qafurovun mərkəzdəki Fuad, Fəhmin, Esmira üçlüyündən ibarət “komandası” həqiqətəndə sosial yardım almaq istəyən vətəndaşları soymaqla məşğuldurlar. Mərkəz müdirinin sosial almaq istəyən vətəndaşlardan nəğd şəkildə 600-700 manat rüşvət alır və bu işdə onun əsas köməkçilərinin Aqşin Qafurovun müavini Fuad Seyidovun, baş müahsibi Fəhmin Cəfərovun və onun baldızı Esmira adlı xanımdır”. Onu da bildirək ki, cumhuriyyet.az-a Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müxtəlif vəzifəli şəxsləri və onların yaxınlarının iştirakçı olduğu bir çox qanunsuzluqları sübut edən video materiallar daxil olub. Hələlik bu görüntülərdən birini, yuxarıda adı çəkilən Esmira xanımın vətəndaşdan 50 manat rüşət almasını əks etdirən kadrları diqqətinizə çatdırırıq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Real Madrid"in əsas transfer hədəfi bəlli oldu
17:14 25.07.2026
"Real Madrid"in əsas transfer hədəfi bəlli oldu
İranda ABŞ "tam təslim olana" qədər zərbələri davam etdirməyə hazırdırlar
17:07 25.07.2026
İranda ABŞ "tam təslim olana" qədər zərbələri davam etdirməyə hazırdırlar
Kadir İnanırın mirası kimə qalacaq?
17:00 25.07.2026
Kadir İnanırın mirası kimə qalacaq?
Şalva Papuaşvili: Elektrik sisteminin ardıcıl dayanması qeyri-adi hadisədir, bütün detallar araşdırılmalıdır
16:55 25.07.2026
Şalva Papuaşvili: Elektrik sisteminin ardıcıl dayanması qeyri-adi hadisədir, bütün detallar araşdırılmalıdır
Azər Əmirov: Əmanətlər üzrə faiz hədlərinin dəyişdirilməsi gündəmdə deyil
16:50 25.07.2026
Azər Əmirov: Əmanətlər üzrə faiz hədlərinin dəyişdirilməsi gündəmdə deyil
SEPAH son sutka ərzində Hörmüzdə 4 gəmini saxlayıb
16:45 25.07.2026
SEPAH son sutka ərzində Hörmüzdə 4 gəmini saxlayıb
Tramp: Çin və Rusiya İrana silah verməyəcək
16:39 25.07.2026
Tramp: Çin və Rusiya İrana silah verməyəcək
Azərbaycan kartofdan milyonlar qazandı - RƏSMİ
16:33 25.07.2026
Azərbaycan kartofdan milyonlar qazandı - RƏSMİ
Ötən gün borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılıb
16:26 25.07.2026
Ötən gün borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılıb
Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə
16:16 25.07.2026
Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə
ChatGPT-də problem yarandı, araşdırmalar başlandı
16:08 25.07.2026
ChatGPT-də problem yarandı, araşdırmalar başlandı
WSJ: Tramp administrasiyası Ukraynanı Rusiyaya məxsus olmayan gəmilərə zərbələrdən çəkinməyə çağırıb
16:03 25.07.2026
WSJ: Tramp administrasiyası Ukraynanı Rusiyaya məxsus olmayan gəmilərə zərbələrdən çəkinməyə çağırıb
Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb
15:51 25.07.2026
Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb
Bu universitet bağlanır? - Tələbələr narahatdır+Video
15:47 25.07.2026
Bu universitet bağlanır? - Tələbələr narahatdır+Video
İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq
15:43 25.07.2026
İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq
FHN və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti marşallar üçün təlim keçirdi - Fotolar
15:36 25.07.2026
FHN və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti marşallar üçün təlim keçirdi - Fotolar