Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi Səbuhi Soltanov dəfn edilib

Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi Səbuhi Soltanov dəfn edilib
SOSİAL
15:19 24.05.2024
117
Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Səbuhi Sabir oğlu Soltanovla Göyçay şəhərində keçirilən vida mərasimi başa çatıb.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi Göyçay rayonu Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
OXŞAR XƏBƏRLƏR