Göyçayda faciə - Traktorun altında qalıb öldü

Göyçayda faciə - Traktorun altında qalıb öldü
SOSİAL
14:13 15.10.2017
2581
Göyçay sakini traktorun təkəri altında qalaraq ölüb.
 
Hadisə bu gün Göyçay rayonunun Potu Şıxlı kəndində baş verib.
 
Kənd sakini 1961-ci il təvəllüdlü Baxışov Urfan Heydər oğlu hərəkətdə olan qoşqulu traktorun yük yerindən yıxılıb və təkərin altında qalaraq ağır bədən xəsarətləri alıb.
 
U. Baxışov Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
 
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR