Bu gün saat 16 radələrində Göyçay rayonunun Mırtı kəndi ərazisində "VAZ-2106” və "Mercedes” markalı avtomobillər toqquşub.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə nəticədə 6 nəfər, 1998-ci il təvəllüdlü Haqverdiyev Rauf, 1995-ci il təvəllüdlü Məsimov Kərim, 2020-ci il təvəllüdlü Məsimov Orxan, 2020-ci il təvəllüdlü Məsimov Ayxan, 2000-ci il təvəllüdlü Əliyev İsa və 2006-ci il təvəllüdlü Əliyev Loğman
xəsarət alıblar.
7 yaşlı Məsimov Nihat isə aldığı xəsarətlərdən vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.










































