Göyçayda qəza - Piyada öldü

Göyçayda qəza - Piyada öldü
SOSİAL
15:14 15.01.2023
142
Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a bildirilib ki, Göyçay rayon sakini Emil Osmanov idarə etdiyi "Mercedes” markalı yük avtomobili ilə Kürdəmiş kəndi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan piyada, 1969-cu il təvəllüdlü Eldar Zülfüqarovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR