"Səmada Ay və Şiron birləşməsi var".
AZXEBER.COM xəbər verir ki, bu göy hadisəsi ilə bağlı astroloq Dinçer Güner öz sosial media hesabında paylaşım edib.
O, paylaşımında gündəlik bürcləri şərh edib:
"Bəzi insanlarda bu dövrdə kiçik mübahisələr belə həddindən artıq özünü müdafiə ehtiyacı yarada bilər. Yorğunluqdan qaynaqlanan baş ağrıları, yüngül miqren tutmaları və ya üz nahiyəsində həssaslıqlar müşahidə oluna bilər.
Adətən təsir etməyəcək kiçik bir tənqid və ya ima belə güclü narahatlıq yarada, xüsusən şəxsiyyətə, cəsarətə və ya bacarıqlara yönələn ən xırda mənfi fikir orantısız emosional reaksiyaya səbəb ola bilər. Rədd edilmə və görməməzlik qorxusu isə daha açıq şəkildə hiss oluna bilər.
Mütəxəssislər bildirir ki, bu vəziyyət insanda daim haqqını müdafiə etmək məcburiyyəti hissi yarada bilər. Ən sadə müzakirə belə bir kimlik savaşına çevrilə bilir. Onların tövsiyəsinə görə, bu dövr psixoloji dəstək almaq və terapiyaya başlamaq üçün əlverişli zamandır".
Oksana