Göydən düşdüyü deyilən əşyalar hər kəsi qorxutdu

Göydən düşdüyü deyilən əşyalar hər kəsi qorxutdu
DÜNYA
12:21 18.09.2023
1084
İranın Gülüstan əyalətində naməlum əşyalar görənləri qorxuya salıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İranın şimalı, Gülüstan əyalətinin mərkəzi şəhəri olan Qorqanda göydən düşdüyü bildirilən naməlum metal əşyalar hamını təşvişə salıb.

Şəhərin və kəndin müxtəlif məhəllələrinə düşən, bomba effekti yaradan obyektlərin bəzi evlərə və iş yerlərinə maddi ziyan vurduğu müşahidə edilib.

İctimaiyyətdə qorxuya səbəb olan hadisə ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməsə də, xəsarət alanlar və insan tələfatı ilə bağlı məlumat paylaşılmayıb.
 
Günel
OXŞAR XƏBƏRLƏR