Göyərtəsində 22 nəfər olan təyyarə radarlardan itdi

Göyərtəsində 22 nəfər olan təyyarə radarlardan itdi
DÜNYA
23:10 30.05.2022
445
Göyərtəsində 22 nəfərin olduğu təyyarə itib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, göyərtəsində 22 nəfərin olduğu təyyarənin Nepalda yoxa çıxdığı açıqlanıb. 

Hökumət rəsmilərinin verdiyi açıqlamada "Tara Air” şirkətinin göyərtəsində ekipaj da daxil olmaqla 22 nəfərin olduğu bildirilib.

Təyyarədə 4 Hindistan vətəndaşı, iki Almaniya vətəndaşı, 16 Nepal vətəndaşı və üç ekipaj üzvü olduğu məlum olub.

İtmiş təyyarənin tapılması üçün bölgədə axtarış-xilasetmə əməliyyatına başlanılıb.
OXŞAR XƏBƏRLƏR