Göyərtəsində 4.3 ton kokain yüklənmiş gəmi ələ keçib

Göyərtəsində 4.3 ton kokain yüklənmiş gəmi ələ keçib
DÜNYA
17:54 15.02.2024
135
İspaniyada göyərtəsində 4,3 tondan çox kokain tapılan gəmi ələ keçirilib.

Bu barədə ölkənin mülki qvardiyasının saytında məlumat verilib.

Gəmi Kanar adalarından təxminən min kilometr cənubda tutulub. İdarənin məlumatına görə, polis Rumıniya, Moldova, İspaniya və Mərakeş vətəndaşları olan dörd heyət üzvünü saxlayıb.

Əməliyyat ABŞ və Böyük Britaniya səlahiyyətliləri ilə birgə həyata keçirilib. Bu gəmidə narkotiklərin Cənubi Amerikadan daşındığı məlum olub.
 
\BAKU.WS
OXŞAR XƏBƏRLƏR