Göyərtəsində 6 nəfər daşıyan helikopter Everest dağında yoxa çıxdı

Göyərtəsində 6 nəfər daşıyan helikopter Everest dağında yoxa çıxdı
DÜNYA
12:10 11.07.2023
149
Nepalın Everest dağı bölgəsində 6 nəfəri daşıyan helikopterlə əlaqənin kəsildiyi bildirilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, qeyd olunub ki, Everest zirvəsindən paytaxt Katmanduya qayıdarkən radarlardan itən helikopterdə 1 pilot və 5 xarici turist olub.

Rəsmilər əlverişsiz hava şəraiti ilə əlaqədar helikopterin uçuş marşrutunda dəyişikliklər edildiyini bildiriblər.

Təmasları kəsilən helikopterdəki 6 nəfərin axtarışına başlanılıb.

Məlum olub ki, mussonlar zamanı bölgədə uçuşların gecikməsi və marşrutun dəyişdirilməsi adi hala çevrilib.

Everest zirvəsində görmə məsafəsinin azalması, musson yağışları və əlverişsiz hava şəraiti səbəbindən bölgədə alpinizm mövsümü may ayında başa çatıb, yayda dağlara uçuşlar nadir hallarda baş verir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR