Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Mollacəlilli kəndində aparılan asfaltlanma işləri ilə yerində tanış olub.
AZXEBER.COM xəbər verir ki, baxış zamanı yolun mövcud vəziyyəti, aparılan asfaltlanma işlərinin gedişi və görüləcək işlərin həcmi nəzərdən keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti məsul şəxslərə işlərin keyfiyyətlə və müəyyən olunmuş tələblərə uyğun şəkildə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Qeyd olunub ki, yol infrastrukturunun yaxşılaşdırılması kənd sakinlərinin rahat və təhlükəsiz hərəkətinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.


















































