Göygöl sakininin özünü öldürməsinin bəzi - Təfərrüatları

Göygöl sakininin özünü öldürməsinin bəzi - Təfərrüatları
SOSİAL
10:25 03.05.2018
2315
Göygöl sakininin Tovuz rayonunda bıçaq yarası alaraq özünü öldürməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

AZXEBER.COM "Report"a istinadən bildirir ki, Mollacəmilli kənd sakini, 1972-ci il təvəllüdlü Aqil Şamil oğlu Nəsibov Tovuz rayon Əyyublu kənd ərazisində yerləşən fermada çobanlıqla məşğul olub.

Yaxınlarının bildirdiyinə görə, o, sərxoş vəziyyətdə, hələlik məlum olmayan səbəbdən özünə bıçaqla xəsarət yetirib. A. Nəsibov ağır vəziyyətdə Göygöl rayonuna aparılıb və Göygöl rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR