Göygöldə 56 yaşlı qadını maşın vurdu

Göygöldə 56 yaşlı qadını maşın vurdu
SOSİAL
20:53 07.07.2021
450
Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

Hərəkətdə olan "Mitsubishi-Pajero” markalı minik maşını yolu keçmək istəyən 56 yaşlı Diləfruz Rüstəmovanı vurub.

Qadın dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR