Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Şəmkir yolunun rayonun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Şəmkir sakini 1985-ci il təvəllüdlü A.Miriyev idarəetdiyi avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə, minik maşını yol kənarındakı işıq dirəyinə çırpılıb.
Qəza zamaı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.