Göygöldə ANAMA müdavimləri ilə görüş keçirildi - FOTOLAR

Göygöldə ANAMA müdavimləri ilə görüş keçirildi - FOTOLAR
SOSİAL
18:04 24.12.2025
111
ANAMA Göygöl Təlim Mərkəzində "Humanitar minatəmizləmə və döyüş sahəsinin təmizlənməsi” təliminin iştirakçıları ilə görüş keçirilib. 
 
AZXEBER.COM xəbər verir ki, müdavimlər və təlimatçılar qarşısında çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov  tədbir iştirakçılarını salamlayaraq, Vətən müharibəsində qazanılan Zəfərin xalqımızın tarixində dönüş nöqtəsi olduğunu vurğulayıb. O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və siyasi iradəsi, ordumuzun böyük şücaəti ilə qazanılan zəfərimizdən, işğaldan azad olunmuş ərazilərimizdə mövcud olan mina problemin aradan qaldırılması istiqamətində görülən işlərdən danışan icra başçısı kursları bitirən müdavimlərin minatəmizləmə əməliyyatlarına öz dəyərli töhfələrini verəcəyinə əminliyini ifadə edib. 

ANAMA-nın Göygöl Təlim Mərkəzinin direktoru Elşad Əsədov əsaslı şəkildə yenidən qurularaq müasir infrastrukturla təchiz edilən mərkəzdə eyni vaxtda 100 müdavim üçün təlim keçmək imkanının olduğuna diqqət çəkib. 25 günlük təlim proqramını başa vuracaq müdavimlərin təcrübəli minaaxtaranlarla birgə minatəmizləmə əməliyyatlarına cəlb ediləcəyini bildirib. Qeyd olunub ki, mərkəzdə həm yerli, həm də xarici mütəxəssislərin iştirakı ilə beynəlxalq standartlara uyğun ixtisasartırma təlimləri həyata keçirilir. 

Təlim mərkəzi ilə tanışlıq olub. Burada 3 sinif otağı, yataqxana, yeməkxana və digər yardımçı binalar fəaliyyət göstərir.
 
Mina və hərbi sursatlar sərgisinə baxış keçirildikdən sonra Minaaxtaran itlərin Seleksiya Mərkəzi barədə məlumat verilib, xatirə fotosu çəkdirilib. 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 


 


 


 


OXŞAR XƏBƏRLƏR