Göygöldə avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb

Göygöldə avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb
HADİSƏ
09:59 26.07.2025
129

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
AZXEBER.COM xəbər verir ki, qəza Göygöl–Toğanalı–Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində 2003-cü il təvəllüdlü N. Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

///APA

OXŞAR XƏBƏRLƏR