Göygöldə bitişik evlərdə yanğın - XƏSARƏT ALAN VAR
SOSİAL
09:56 07.04.2026
269
Göygöl rayonunda yanğın hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, hadisə bu gün saat 02:25-də M.Ə.Rəsulzadə küçəsi ev 23-də qeydə alınıb.
Belə ki, 1953-cü il təvəllüdlü Zeynəb Məhəmməd qızı Kazımova, 1950-ci il təvəllüdlü Svetlana Bəşir qızı Məmmədova və 1977-ci il təvəllüdlü Laləzar Səhrəddin qızı İmanovaya məxsus ümumi sahəsi 840 kvadratmetr olan evlərdə qəfil yanğın baş verib.
Hadisə nəticəsində Svetlana Məmmədova 1-ci dərəcəli yanıq xəsarəti alıb.
Qeyd edək ki, sözügedən tikililər alman memarlıq üslubunda, bir-birinə bitişik olmaqla, bir həyətdə bir neçə ailənin yaşadığı evlərdən ibarətdir.