Göygöldə ədliyyə işçilərinin peşə bayramı qeyd edilib - FOTOLAR

Göygöldə ədliyyə işçilərinin peşə bayramı qeyd edilib - FOTOLAR
SİYASƏT
15:04 22.11.2025
286
Müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli imzaladığı sərəncama əsasən 22 Noyabr Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.

AZXEBER.COM xəbər verir ki, ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun ədliyyə işçilərinin iştirakı ilə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb. 

İcra Hakimiyyətinin başçısı rayonda çalışan ədliyyə işçilərini təbrik edib, ədliyyə sahəsində çalışanların peşəkarlığının artırılmasına və fəaliyyətlərinin daha da yaxşılaşdırılmasına diqqət yönəldiyini qeyd edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 
 

 

 

 



OXŞAR XƏBƏRLƏR