Azərbaycanda fəhlələri daşıyan maşın aşdı - 2 ölü, 2 yaralı

Azərbaycanda fəhlələri daşıyan maşın aşdı - 2 ölü, 2 yaralı
SOSİAL
10:28 06.10.2018
8994
Göygöldə baş verən ağır yol qəzası nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. 
 
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Göygöl şəhərində qeydə alınıb.

İlkin məlumata görə, rayonun təmizlik idarəsinə məxsus yük maşınının aşması nəticəsində 2 nəfər avtomobilin altında qalaraq ölüb. Daha 2 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. 

Meyitlərin yük maşınının altından çıxıarılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 
OXŞAR XƏBƏRLƏR