Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ” ilə "Mercedes” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 1 nəfərin öldüyü bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.