Göygöldə mikroavtobus aşdı

Göygöldə mikroavtobus aşdı
SOSİAL
23:37 16.06.2019
5879
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Topalhəsənli kəndində hərəkətdə olan "Mercedes-Benz Sprinter” markalı mikroavtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtobus aşıb.

Qəza nəticəsində 1999-cu il təvəllüdlü İbrahimov Qələndər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR