Göygöldə Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüş keçirildi - FOTOLAR

Göygöldə Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüş keçirildi - FOTOLAR
SOSİAL
17:29 27.01.2026
350
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Qərbi Azərbaycan İcmasının Göygöl nümayəndələri ilə görüş keçirilİB.
 
AZXEBER.COM xəbər verir ki, tədbir zamanı Qərbi Azərbaycan İcmasının fəaliyyəti, qarşıya qoyulan əsas məqsədlər və hədəflər, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın tarixi hüquqlarının bərpası, eləcə də onların hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Çıxışlarda Qərbi Azərbaycan məsələsinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğu, bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin əhəmiyyəti qeyd edilərək, icma ilə əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı qarşılıqlı fikir mübadiləsi aparılmış, bu cür görüşlərin mütəmadi keçirilməsinin vacibliyi qeyd olunmuşdur. İştirakçılar Qərbi Azərbaycana həsr olunmuş kitab sərgisi ilə tanış olaraq icma üzvlərinə QAİ-sı tərəfindən nəşr olunan "Qərbi Azərbaycan: tarixi yaddaşımız” adlı kitablar təqdim olunub. 
 
Tədbirdə RİHB-sı tərəfindən yeni üzvlərə QAİ-nın üzvlük vəsiqələri və döş nişanları verilmiş, qonaq qismində iştirak edən həkim Abbas Bağırov (Göyçəgöllü) tərəfindən Azərbaycanın qədim milli musiqi aləti olan saz və müəllifi olduğu kitablar hədiyyə edilmişdir.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR