Göygöl rayonunun Aşıqlı kəndində yerləşən restoranlardan birində iki yeniyetmə döyülüb.
AZXEBER.COM xəbər verir ki, 2009-cu il təvəllüdlü N. Mustafayev və İ. İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Zərərçəkənlərə dərhal tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətini qənaətbəxş kimi qiymətləndirir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.