Göygöldə şəhid ailələri ilə görüşlər keçirilir - FOTOLAR

Göygöldə şəhid ailələri ilə görüşlər keçirilir - FOTOLAR
SOSİAL
17:37 16.12.2025
117
Göygöl rayon rəhbərliyi tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın ailə üzvləri ilə görüşlər davam edir.
 
AZXEBER.COM xəbər verir ki, RİH-nin başçısının növbəti görüşündə də şəhid ailələrinin arzu və istəkləri dinlənilib, qayğıları diqqət mərkəzində olub.

RİH-nin başçısı çıxışında qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adlarının Azərbaycan xalqının qəlbində yaşayacağını, əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələrinin daim ehtiramla yad ediləcəyini vurğulayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçən şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini xatırladıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onlarla bağlı məsələlərin vaxtında həllinə nail olunması təşkil edir.

Şəhid valideynləri çıxış edərək övladlarının keçdikləri döyüş yolundan söz açıb, onlarla bağlı xatirələrini bölüşüblər. Şəhid ailələrinin müraciətləri dinlənilərək, qayğıları öyrənilib, onlarla söhbətlər aparılıb.

Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirən şəhid yaxınları onlarda narahatlıq doğuran məsələlərin həllinə hər zaman həssaslıqla yanaşıldığını qeyd ediblər. 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR