Göygöldə selin apardığı iki nəfər kəndə istirahətə gəliblərmiş - VİDEO

Göygöldə selin apardığı iki nəfər kəndə istirahətə gəliblərmiş - VİDEO
SOSİAL
10:51 26.05.2023
827
Göygöl rayonunun Topalhəsənli kəndində selin apardığı iki nəfər ora istirahət məqsədi ilə gediblərmiş.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, onlar oradakı istirahət mərkəzində yeyib-içiblərmiş.

Həmin vaxt Gəncə çayında sel baş verib və 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanov itkin düşüblər.

Artıq onların meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, daşqınlar zamanı yeddi avtomobilə ziyan dəyib. 50-dən çox mal-qara tələf olub.
 

OXŞAR XƏBƏRLƏR