12 dekabr - müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi və inkişafı naminə misilsiz xidmətlər göstərmiş dahi şəxsiyyət Ümummilli Liderimiz Heydər Əliyevin anım günüdür.
AZXEBER.COM xəbər verir ki, Ulu Öndərin əbədiyyətə qovuşmasının 22-ci ildönümü ilə əlaqədar Göygöldə anım tədbiri keçirilib.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon sakinləri iştirak ediblər.
Anım tədbirinin iştirakçıları Ümumilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər.
Ulu Öndərin xatirəsinə keçirilən anım tədbirində Rayon İcra Hakimiyyətinin başçısı, ziyalılar, şəhid ailələri və qazilər çıxış edərək xoş xatirələrini bölüşüblər.

























































