Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Üç Təpə kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, "VAZ 21-07” markalı avtomobillə yük maşını toqquşub. Qəza zamanı 16 yaşlı yeniyətmə T. Babakişiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma başlanılıb. /Qafqazinfo