Göygölə güclü yağışdan sonra DOLU DÜŞDÜ

Göygölə güclü yağışdan sonra DOLU DÜŞDÜ
SOSİAL
00:00 01.06.2024
247
Qeyri-sabit hava şəraiti nəticəsində Göygöl rayonuna dolu düşüb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında güclü yağışdan sonra rayonun Aşıqlı kəndinə və ucqar kəndlərə dolu yağıb.

5-10 dəqiqə yağan dolu daha sonra leysan xarakterli yağışa çevrilib. Bundan başqa dolu Gəncənin Hacıkənd qəsəbəsində yağıb.

Qeyd edək ki, hazırda ölkənin qərb bölgəsində yağışlı hava şəraiti davam edir.
OXŞAR XƏBƏRLƏR