"Pərvizlə duet oxumaq istəsək də, alınmır, studiyaya gedə bilmirik".
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə deyib.
"Qonaqcanlı" verilişində Pərviz Bülbülə ilə bağlı danışan müğənni yeni işbirliyi qura bilməmələrindən gileylənib:
"Nə məsələdirsə Pərviz nə duet, nə də özü üçün solo mahnı yaza bilir. Duet oxumaq istəsək də, alınmır. Ayaqlarımız geri-geri gedir. Bu gün danışırıq ki, sabah studiyada görüşürük, yeni mahnımız var. Amma səhərisi günü nə olursa, biz studiyaya gedib çıxa bilmirik. Bunun səbəbi nədir, bilmirik.
Təzəlikcə telefonda danışımışıq ki, yeni işlər görək. Biz onunla ayrı deyilik, Allah nəsib etsin, İnşallah yeni işlərimizi təqdim edə bilək. Göz-nəfs imkan versə, yenidən bir araya gələcəyik".
Aysel








































