Hər 10 nəfərdən 4-nü öldürən virus növü aşkarlanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransa tarixində ilk dəfə dəhşətli hadisə baş verib.
Ölkədə ilk dəfə olaraq "göz qanayan” virusu aşkarlanıb. Fransa rəsmiləri virusun İspaniya sərhədində aparılan sınaqlar nəticəsində aşkarlandığını açıqlayıb.
Virusa yoluxan hər 10 nəfərdən 4-nün ölümünə səbəb olan xəstəliyin təfərrüatları da paylaşılıb. "Ebola” virusunun qohumu olduğu bilinən virusun Afrika, Yaxın Şərq, Asiya və Balkanlarda da görüldüyü də bildirilib.
Xəstəliyin Krım-Konqo hemorragik virusunu daşıyan gənələr tərəfindən ötürüldüyü qeydə alınıb. Mütəxəssislər bu gənənin qlobal istiləşmə ilə Şimali Avropaya da yayıla biləcəyini bildiriblər.
Xəstəliyin "Ebola”ya bənzər simptomları var, əzələ ağrısı, boğaz ağrısı və qusma nəzərə çarpır. Digər tərəfdən, burun və gözdən qanaxma da baş verə bilər.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu xəstəliyə yoluxan hər 10 nəfərdən 4-ü ölür.
Ayşən