Gözəl görünmək istəyən qızlara - MODA 2012

Gözəl görünmək istəyən qızlara - MODA 2012
MARAQLI
10:19 21.09.2012
6594
Qumru MustafayevaBu qış heç bir qışa bənzəməyəcəkDigər qış mövsümlərinin dəbini başınızdan silib atın. Çünki bu qış heç bir qışa bənzəməyəcək. Canlı rənglərin hakimliyini  2012 – 2013 payız  qış mövsümü yenidən  özü ilə gətirir. Bizi 1950- ci illərə geri aparan və klassik Hollywood stilini təkrar yaşadan açıq boz, xardal, elegant açıq çəhrayı tonları mövsümün ən əsas rəngləri hesab olunur. Modaya sürətlə daxil olan hərbi yaşıl isə yenidən dəbə öz damğasını vuracaq. Həmçinin tünd qırmızı, narıncı, sarı tonları, eləcə də zümrüd yaşılı və mavinin bütün tonlarının da göz oxşayacağını əminliklə deyə bilərik. Bu il qızıl rəng modası ilə də hər kəs par-par parıldayacaq və 80-ci illərin disco işıltılarını əks etdirəcək. Hətta dəri kurtkalar belə işıldayacaq. "Qışda ağ geyinməzlər" inancı  isə artıq tarixə qovuşur deyə bilərik. Belə ki, 2012-2013 payız qış trendləri arasında  ağ rəng pencək və paltolar hərkəsi heyran edəcək. Hətta siz siz olun bu qış təpədən dırnağa kimi ağ geyinin. Qış qarderobumuzun olmazsa olmaz rənglərindən boz, yeni mövsümdə ən açıq tonuyla qarşımızda olacaq. Xüsusilə, gecə paltarlarında önə çıxan açıq bozlar, heç bu qədər cazibədar olmamışdı. Qara rəngdən sıxılanlar bu xəbər isə məhz sizlər üçündür. Çünki bu il az qala qaranın yerini alacaq tünd qırmızı mövsümün hakim rəngi olacaq. Ətəklər, şalvarlar, pencəklər hətta yalnız paltarlar deyil çantalar, ayaqqabılar belə qırmızının tonlarına bürünəcək. Nə qədər cəsarətiniz varsa o qədər də tünd  qırmızılar seçin. Parlaq bənövşəyi tonları da xüsusilə canlı rənglərlə tamamlanaraq, payız qış mövsümündə öz sözünü deyəcək. Pastel tonları modası isə öz yerini bu mövsüm də qoruyub saxlayır.  Əgər siz də pəri nağıllarındakı o görünüşə sahib olmaq istəyirsinizsə pastel tonlarını geyimlərinizdən əksik etməyin. Şokoladın bütün tonları da bu mövsüm daha çox istifadə olunacaq rənglər sırasındadır.Son dövrlərdə qarşımıza olduqca çox çıxmağa başlayan Uzaq şərq naxışları,çiçək basqılı paltarlar xüsusilə dar məxmər pencəklər ya da dəri kurtkalarda istifadə olunacaq və moda dünyasında yenə öz yerini tutacaq. Beldən olan şalvarlar, naxışlı pencək trendləri də vitrinləri bütün mövsüm boyu bəzəyəcək. Siz də əgər standartlardan bezmisinizsə və fərq yaratmaq istəyirsinizsə mütləq naxışlı geyimlərə üstünlük verin. Bu mövsüm daha bir yeniliyi ilə də seçiləcək. Kişilərə xas olan bəzi geyim tərzlərini bu dəfə biz zərif cinsin nümayəndələri olan xanımlarımızın üzərində görə biləcəyik. Bunlara kişi kostyumlarına bənzər geyimlər, klassik oxford ayaqqabılar, köynəklər və bol pencəklər aiddir. Kürkü sevməyən xanımlar isə, bu qış kürklü paltolara və pencəklərə biganə qala bilməyəcək. Xanım xanımcıq paltarlar arasında 50- ci illərə səfərimiz davam edir. Belə oturan incə kəmərli paltarlar, dizaltında bitən qələm ətəklər, peplum paltarlar da mövsümün trendləri arasindadir. Arxası uzun, önü qısa lalə kəsimli paltarlar da bu mövsüm zirvədədir. Peplum və ya bədəninizə oturan paltarlar, incəliyinizi göstərmək üçün gözəl bir seçimdir. Jaketlər isə hər qış olduğu kimi bu il də geyimlərimizdə əvəzolunmazlığını saxlayır. Çünki jaketsiz bir qış düşünmək olmaz. Yeni mövsümdə əl əməyi olan narın və toxunma jaketlər yalnız gündüz deyil axşamlar da bizi tək buraxmayacaq. Az qala bütün markalar yeni mövsüm kolleksiyalarında bir-birindən gözəl jaketlərə yer verəcək.Ötən illərdəkindən fərqli olaraq bu il topuqdan olan botlar və dizüstü çəkmələrin əvəzinə diz xəttində bitən çəkmələr dəbdə olacaq. Odur ki, havaların soyumasını gözləmədən mütləq bir çəkmə alın!Geyimlərimizi tamamlayan aksesuarlara, çantalara gəldikə isə əminliklə deyə bilərik ki, çamadan çantalar bu mövsüm hər bir xanımın qarderobunu bəzəyəcək. 1970-ci illərdən ilhamlanaraq hazırlanan böyük şapkalar da geyimlərimizi tamamlayacaq və mövsümün imtina edilməzlərindən olacaq.  Odur ki, əziz xanımlar hazır olun!  Bu mövsüm canlı rənglərin hakim olduğu tam fərqli bir qış bizi gözləyir bizi!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir