Gözəllik salonlarında virus təhlükəsi: Hər an yoluxa bilərik - VİDEO

Gözəllik salonlarında virus təhlükəsi: Hər an yoluxa bilərik - VİDEO
SOSİAL
13:42 26.08.2020
1297

Bir neçə gün olar ki, belə bir məlumat əldə etdik ki, qardaş ölkənin ordu şəhərində kütləvi yoluxma hadisəsi baş verib. Düz 35 nəfər virusa yoluxub. Səbəb də 35 nəfərin eyni makiyaj vasitəsindən istifadə etməsi olub.

Bəli, təkcə salonlar deyil eyni zamanda, üzə qulluq, kosmetoloji prosedurlar zamanı da təhlükə davam edir. Prosedur üzdə olduğu üçün məsafə saxlamaq maska taxmaq da mürəkkəbləşir, çox vaxt da mümkünsüz olur.

Məsələ ilə bağlı İnfeksionist Vüsalə Yaşar Baku.tv-yə müsahibəsində imkan daxilində pasiyentləri vizaj xidmətindən istifadə etməməyə çağırıb. Onun sözlərinə görə, "Ənlik-kirşandan birdəfəlik istifadə mümkün deyil. Vizaj ustası bir müştəri üçün istifadə etdiyi kosmetikadan digər pasiyent üçün də istifadə edir. Ona görə virusa yoluxma riski artır.

Hər bir halda müştərinin sağllığı mərkəzin sağlığıdır. Eyni zamanda bu sahədə çalışanların da qazanc qapısıdır. Heçkəs virusu yayan, virus təhlükəsi olan yerdə nə çalışmaq istəyər, nə də gözəlləşmək uğruna sağlamlığından olmaq. Odur ki, canımız da gözəlliyimiz də elə özümüzə əmanətdir.


OXŞAR XƏBƏRLƏR