Gözəllik salonundan oğurluq edən şəxs saxlanılıb

Gözəllik salonundan oğurluq edən şəxs saxlanılıb
KRİMİNAL
11:43 01.04.2026
190
Nizami rayonunda gözəllik salonlarının birindən məişət əşyalarının talanması barədə polisə məlumat daxil olub.
 
AZXEBER.COM xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotik və oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 33 yaşlı M.Məmmədrəhimov müəyyən edilərək saxlanılıb. 

Nəsimi rayonu ərazisində isə dələduzluq, eləcə də marketlərdən oğurluq etməkdə şübhəli bilinən 28 yaşlı E.Alıyev, 32 yaşlı A.Manafov, 48 yaşlı R.Nəsirov və  57 M.Mirzəyev də polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR