Meksikada keçirilən gözəllik yarışmasında iştirakçı mikrofonu əlinə alan zaman onu elektrik cərəyanı vuraraq yerə yıxıb.
AZXEBER.COM xarici mətbuatına istinadən xəbər veirr ki, Meksikanın Miçoakan əyalətində keçirilən "Senorita Sahuayo 2022" gözəllik müsabiqəsində ikinci yeri tutduqdan sonra çıxış etmək üçün səhnəyə çıxan 22 yaşlı iştirakçı Andrea Qranados Viktoru mikrofonu əlinə alan kimi elektrik cərəyanı vurub.
Bir müddət qışqıran və əlindəki mikrofonu buraxmağa çalışan Viktor nəhayət yerə yıxılaraq mikrofonu yerə atıb. Ətrafdakıların köməyi ilə gənc qadın bir neçə dəqiqədən sonra özünə gəlib. Çıxışını söyləmək üçün yenidən səhnəyə çıxan Andrea hər kəsə təşəkkürünü bildirib:
"Hamınıza təşəkkür edirəm. Allaha şükürlər olsun ki, yaxşıyam”, - deyə o bildirib.
Hadisədən sonra müayinə olunmaq üçün xəstəxanaya gedən gənc model əlindən yanıq xəsarəti alıb.
Hadisənin açıq havada keçirilən yarışdan əvvəl yağış yağması və idmançının ayaqlarının açıq olması səbəbindən baş verdiyi bildirilib.
Günel