Kişi ölkənin ən gözəli olmaq üçün yarışmaya qatıldı FOTOLAR

Kişi ölkənin ən gözəli olmaq üçün yarışmaya qatıldı FOTOLAR
MAQAZİN
14:00 05.02.2018
3854
Gözəllik yarışmasında final mərhələsinə qədər gələn Arina Aliyeva kişi olduğunu açıqlayıb.
 
AZXEBER.COM xarici KİV-ə istinadən bildirir ki, Qazaxıstanın Almatı şəhərində yaşayan 22 yaşlı İlay Dagilev ölkəsində təşkil olunan "Miss Virtual Kazakhstan” yarışması üçün Arina Aliyeva adı ilə qeydiyyatdan keçib.
 
Yarışmasının final mərhələsində isə o kişi olduğunu etiraf edib. Dostları ilə gözəllik mövzusunda etdiyi müzakirəyə görə bu yarışmaya qatıldığını vurğulayıb:  "Mən hər zaman təbii gözəlliyin tərəfdarı olmuşam. Günümüzdəki bütün qızlar eyni tip geyinib, makiyaj edib, gözəl olduqlarını zənn edirlər”
 
Arinanın fotolarını təqdim edirik:
 
Leyla Rəhimli
 

 

 

 


OXŞAR XƏBƏRLƏR