Gözlənilən toplantı nəhayət başladı – Müqavilələr imzalanacaq

Gözlənilən toplantı nəhayət başladı – Müqavilələr imzalanacaq
SİYASƏT
14:58 15.03.2016
1490
Ankarada Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası başlayıb.
Görüşdə ikitərəfli əlaqələrin inkişafına dair məsələlərin müzakirə ediləcəyi gözlənilir. Bundan əlavə toplantıda Azərbaycan ilə strateji tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsinə yönəlik əməkdaşlıq imkanlarının dəyərləndiriləcəyi qeyd olunur. Toplantıdan sonra iki ölkə rəsmiləri arasında müqavilələrin imzalanması mərasimi keçiriləcək.
Qeyd edək ki, iclas başlamazdan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən təkbətək görüşdə iki ölkə arasında münasibətlər, regional və beynəlxalq məsələlərlə yanaşı, Dağlıq Qarabağ regionunda baş verən son vəziyyət haqqında fikir mübadiləsi aparıldığı bildirilir.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR