Xorvatiyanın Adriatik dənizi sahilində yerləşən Split kurort şəhərində bikini və ya çimərlik paltarı geyinənlərin 150 avro məbləğində cərimələnəcəyi açıqlanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Split şəhər rəhbərliyinin verdiyi qərarla bağlı verilən açıqlamada şəhərin mərkəzində bikini və ya çimərlik paltarında gəzməyin qadağan edildiyi və buna əməl etməyənlərin 150 avro cərimə ödəyəcəyi bildirilib.
Qərarın yanvarın 1-dən qüvvəyə mindiyinə diqqət çəkən açıqlamada şəhər mərkəzinin 21 "radar” tərəfindən izləniləcəyi bildirilib.
Bununla yanaşı, ictimai yerlərdə spirtli içki qəbul edənlər 150 avro, itlərini ipsiz gəzdirənlər isə 66 avro cərimələnəcək.
Ayşən