ATV-nin yeni mövsümdə tamaşaçılara təqdim edəcəyidaha bir serialın adı bəlli olub.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, əvvəlcə "Maçari” adlanan layihənin adı dəyişdirilərək "Gözleri Karadeniz” olaraq yayımlanacaq.
Rejissorluğunu Altan Dönmezin etdiyi serialda baş rollarda Halit Özgür Sarı və Özge Yağız yer alacaq.
Maçari ailəsinin gizli oğlu "Azil" obrazını Halit Özgür Sarı canlandıracaq, Özge Yağız isə ailənin vəkili "Günəş" kimi tamaşaçılar qarşısına çıxacaq.
Gizem Arıkan bu yaxınlarda serialın heyətinə qatılıb. Arıkan ötən mövsüm "Kod Adı Kırlangıç” serialında "Sevgi" obrazını canlandırıb.
Aysel