Həkimlər Hipokrat andına sadiq qalırlarmı?

KÖŞƏ
21:23 16.01.2011
3023

Azərbaycan günü- gündən inkişaf edir. Neft sektoru ilə yanaşı qeyri-neft sektoru  da,  inkişaf edir. Buna baxmayaraq bəzi problemlərimiz də, mövcuddur. Belə ki, təhsil sahəsində və səhiyyə sahəsində müəyyən problemlər hələ də öz həllini gözləyir. Bu yazımda əsasən səhiyyə sahəsində mövcud olan neqativ hallardan danışmaq istəyirəm.

 

Poliknikalarda vəziyyət  acınacaqlıdır. Belə ki,vətəndaş içəri daxil olduqda qapıçıdan tutmuş həkimə qədər hamı pul-pul deyir. Pul verməyənlərə isə elə sifət göstərirlər ki, vətəndaş məcbur olur ki, versin. Müəllimləri hər il poliknikalara yoxlanmaq üçün göndərirlər. Bu yoxlanmalar  əslində pulsuz olmalıdır. Amma adi rengenden keçmek istəyen müəllimdən 2 manat pul istəyirlər. Bu nə qədər qanuna uyğunluqdur? Digər tərəfdən vətəndaşlara sağlamlıq haqqında arayış lazım olur və bunun üçün poliknikaya getmək məcburiyyətində qalırsan. Ora getdikdə isə pul verən vətəndaşa 10 dəqiqə ərzində hazırlayıb verirlər. Verməyənlərə isə onun yanına get, bunun yanına get demeklə vətəndaşı bezdirirlər. Bundan başqa vətəndaş həkimin yanına getdikdə kiminsə adını verdikdə onu daha yaxşı və mülayim qarşılayırlar və problemini 10 dəqiqə ərzində həll edirlər.

Bütün bu problemlər özünü dövlət xəstəxanalarında da, göstərir. Vətəndaş xəstəxanaya gəldikdə həkim o saat onu o analiz verməyə məcbur edir. Analizlərin bir çoxu 15 manatdan başlayan qiymətlərlə ölçülür. Düşünsək ki, aylıq maaşa baxan vətəndaş gərək hər gün Allaha dua etsin ki, xəstələnməsin. Digər tərəfdən hələ mən doğum zamanı çıxan xərci  demirəm. Doğum 400-500 manata başa gəlir.  Bundan başqa uşağa baxan həkimin pulu, qapıçının pulu, atasına uşağı göstərməyin pulu ...  Vətəndaşın ən azından 800 manat pulu olmalıdır ki, uşağı sağ – salamat xəstəxanadan çıxsın. Pul vermədikdə isə müəyyən problemlər yarana bilər.

Digər tərəfdən xəstəxanalar müəyyən firma aptekləri ilə şərikli işləyirlər.

Səhiyyə sahəsində rüşvətin olmasında həkimlərlə birlikdə vətəndaşların özü də günahkardır.  Belə ki, vətəndaşlarımızda belə bir psixologiya var ki, əgər mən həkimə pul verməsəm o mənə yaxşı baxmayacaq. Hər bir vətəndaş bunlara qarşı biganə qalmamalıdır. Yoxsa bu hallar getdikcə artacaq.

P.S. Müəllifin fikirləri ilə redaksiyanın fikirləri üst-üstə düşməyə bilər

OXŞAR XƏBƏRLƏR