Həmid Hərisçi: " Çingiz Abdullayev heç vaxt Azərbaycan yazıçısına örnək ola bilməz".

MARAQLI
13:33 08.02.2011
3612
Elə bu səbəbdən söhbətimiz də səmimi atmosferdə keçdi… 

- Bəlkə, yazıçının deməyə sözü qurtaranda artıq o da qalmaqala keçir?
- Mən özümə cavabdehəm. Açığı, qalmaqala münasibətim mənfidir. Bu, ATV estetikasından gəlib.

- Yeri gəlmişkən, ATV-də proqram dəyişikliklərinə münasibətin necədir?
- Elçin Əlibəylinin efirdən getməyinə təəssüflənirəm. cəmiyyət onu qəbul etsə də, etməsə də, o, əyləncə ilə incəsənət arasında ədəbi bir ortaq axtarırdı. Elçin «El içində» qalıb verilişin formatını dəyişə və redaktələr edə bilərdi. O diskussiyaların yeri vardı. Yeni aparıcı İlham Tumasın da zövqü pis deyil, amma cəmiyyətdə belə bir fikir yaranıb ki, «El içində» əvvəlki kimi deyil. O biri proqrama («Onun yarısı» evlilik proqramı nəzərdə tutulur - red) gəlincə, düz edib bağladılar.

- Amma ANS-də «Toy olsun» bağlanmadı…
- ANS televiziyası siyasi şou-biznesdən sonra ailə-məişət şou-biznesinə girişib. Bu da çox uğursuz alınıb.

- Televiziyalarda hansı verilişlərə baxırsan?
- Mən Rusiya kanallarına baxıram.

- Telekanallarda yeni layihələrə başlamaq niyətindəsən, amma verilişləri izləmirsən?
- Televiziyaların hərəsinin öz yeri var; «Xəzər»in, AzTV-nin, İctimai Televiziyanın bəzi verilişləri xoşuma gəlir.

- Hansı verilişin adını çəkə bilərsən?
- Məsələn, İTV-də yayımlanan «Bir mahnının tarixçəsi»nə maraqla baxıram.

- «Eurovision»da ölkəmizi təmsilçilik uğrunda gedən yarışmaya baxırsanmı, namizədlərdən kimi bəyənirsən?
- Əyləncə mafiyasını sevmirəm və o müsabiqəni də izləmirəm.

- Maraqlıdır, hansı müğənnini dinləyirsən?
- Eyyub Yaqubovu.

- Eyyub da şou-biznes nümayəndəsidir.
- «Yağış», «Yenə o bağ olaydı» şou-biznes deyil. Eyyub sadəcə, toyxana estetikasını nəzərə alır.

- Bəs çağdaş ədəbiyyatın hansı nümayəndələrini mütaliə edirsən?
- Aqşin, Günel Mövlud, Seymur Baycanı oxuyuram, bəyənirəm… Ümumiyyətlə, AYO-çuların hamısını oxuyuram, çünki AYO-çudurlar.

- Bəs sizə müxalif tərəfdən?
- Əsəd cahangirin tənqidi yazılarını oxumuşam. Yaşlı nəsildən isə Sabir Əhmədli, İsa Hüseynovu həmişə oxuyuram.

- Gənc yazarların erotikanı yazıya gətirmələri cəmiyyətdə birmənalı qarşılanmır...
- Ədəbiyyatda erotika olmalıdır. Amma Azərbaycan ədəbiyyatında erotika yaxşı mənimsənilməyib.

- Azərbaycanda bu mövzu nisbətən hansı yazıçının əsərlərində özünü büruzə verib?
- İsmaıyıl Şıxlının «Dəli kür» əsərində qızın qaçırılması səhnəsində erotika var, pis deyil.

- Bəs özünüzün əsərlərinizdə necə?
- Erotika mənim mövzum deyil. Mən fəlsəfi-bədiiliyə daha çox yaxınam.

- Oxucu qıtlığı yaşamırsan ki?
- Oxucularım kifayət qədərdir, ədəbiyyatda, jurnalistikada təsdiqini tapmış adamam. Sadəcə, iqtisadi baxımdan əsərlərim gəlir gətirməyib.

- Amma Qərb yazarları qonorar hesabına əməlli-başlı varlanırlar.
- Azərbaycanda yazıçı qonorarla heç nə edə bilməz. Xaricdə təmsil olunmaq üçünsə tərcümə lazımdır.

- Çingiz Abdullayev əsərlərindən yaxşı qazanc götürür…
- O, Azərbaycan dilində yazmayıb, rusdilli yazardır. Çingiz Abdullayev heç vaxt Azərbaycan yazıçısına örnək ola bilməz.

- Özünü dahi sayırsan?
- Dahi olub-olmadığımı deyə bilmərəm. Amma zaman gələcək, kitablarımın qiymətini verəcəklər. Təvazökarlıqdan kənar olsa da, belədir. Ümumiyyətlə, yazıçı özü haqqında danışmamalıdır, amma danışırlar. Çünki məcburdurlar.

- Dahiləri dəli kimi dəyərləndirənlər də var…
- Açığı, mənə çətindi, yaşamaq. Alternativ təfəkkürdə olmaq ağır bir psixoloji duruma gətirir.

- Əsərlərinizə reaksiya veriləndə bu, sizdə hansı təəssürat oyadır?
- Hesab edirəm ki, məni qəbul edirlər. Bu gözəldir. Amma yazıçının qəbul olunmamağı daha yaxşıdır.

- Ürəyinizdən intihar etmək keçib, nə vaxtsa?
- Yazıçılar üçün intihar doğma hissdir. Onlar bu haqda həmişə düşünürlər.

- Mənə çox maraqlıdır, intihar etmək istəsəydin, hansı növü seçərdin?
- Proqramlarımın birini ilan zəhərinə həsr etmişdim. Milli gürzəmizin zəhərini içib, milli zəhərimizlə intihar edərdim.

OXŞAR XƏBƏRLƏR