Hərbi Akademiyanın çavuşunun avtomobillə vurduğu piyada ölüb

20:26 21.11.2010
1919

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müstəntiqi Rafiq Həsənov APA-nın yerli bürosuna bildirib ki, hadisə noyabrın 20-də saat 22.00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 124-cü km-də, Şamaxı rayonundakı “Bənövşə” restoranının qarşısında qeydə alınıb. 

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının çavuşu, Neftçala rayon sakini, 1980-ci il təvəllüdlü Tağıyev Coşqun Əbdülhəsən oğlu idarə etdiyi 10 TU 347 dövlət nömrə nişanlı, “KİA Sorento” markalı minik avtomobili ilə yolu keçən piyada, Qəbələ rayon sakini, 1971-ci il təvəllüdlü Muradov Kamran Ağakərim oğlunu vurub. K. Muradov hadisə yerində ölüb.
Faktla bağlı BDYPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR