Haaqada partlayışla əlaqədar dördüncü şübhəli şəxs saxlanıldı

DÜNYA
18:51 12.12.2024
152
Niderland polisi Haaqada çoxmənzilli yaşayış binasında baş verən partlayışla əlaqədar dördüncü şübhəli şəxsi saxlayıb.

"Haaqada baş verən dağıdıcı partlayışla əlaqədar polis dekabrın 11-də dördüncü şübhəli şəxsi həbs edib. Üç şübhəli şəxs isə bu həftənin əvvəlində (9 dekabr) həbs edilmişdi. Dördünə də yalnız vəkilləri ilə ünsiyyət qurmağa icazə verilib", - məlumatda qeyd olunub.

Xatırladaq ki, dekabrın 7-də Haaqada üçmərtəbəli binada partlayış baş verib. Hadisə nəticəsində dörd nəfər həlak olub.
 
///Report

OXŞAR XƏBƏRLƏR